Ölkədə ən böyük xidmət şəbəkəsinə malik
Kapital Bank Neftçilər pr.153 ünvanında yeni “Port Baku” filialını müştərilərinin
ixstifadəsinə verildi. Yeni konsepsiya əsasında təqdim edilən filial həftə içi
5 gün saat 9:00-dan 17:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək.
Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Burada Birbank Private müştərilərinə əmanətlər,
hesablaşma-kassa əməliyyatları, plastik kartlar, müxtəlif növ kreditlər və digər
məhsullar təklif olunur. Həmçinin pərakəndə bankçılıqla bağlı xidmətlər üçün də
müştərilər yeni filiala müraciət edə bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə
daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya
Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün
— https://kbl.az/prcrc.