Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin tərafdaşlığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilən
Beynəlxalq Autizm Konfransı başa çatıb. “Birgə və Sağlam” İctimai Birliyinin
təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edib.
Konfransda “İnklüziv siniflərdə autizmli şagirdlərə bacarıqların öyrədilməsi barədə tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda seminarlar keçirilib.
Tədbirdə müasir dövrün problem olan
autizmlə mübarizə yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı
çərçivəsində atılmalı olan addımlar müzakirə edilib. Kapital Bank-ın İdarə
Heyətinin üzvü Fərid Fərid Hidayətzadə çıxışında qeyd edib ki, Bizim əss
fəaliyyət istiqamətimiz bankçılıq olsa da cəmiyyətin
inkişafında da rol oynamağa çalışırıq. “Korporativ Sosial Məsuliyyət layihələri
hər zaman bankımızın strategiyasının ən vacib istiqamətlərindən biri olub.
Autizm müasir dövrün reallıqlarından biridir və bu mövzuda hamımızın məlumatlı
olması olduqca vacibdir. Elə buna görə də biz konfransın işini olduqca yüksək
qiymətləndirir və bu gözəl missiyada sizinlə eyni yolda addımlayırıq.
İnanıram ki, bu konfrans təkcə
elmi müzakirələrlə deyil, həm də cəmiyyətin müxtəlif sahələrində real dəyişikliklərə
yadda qalacaq. Müasir dövrün tələbi həm də daha inkluziv cəmiyyətin
formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar alqışlanmalıdır”.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul
krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün — https://kbl.az/prcrc .