Bu ayda 13 gün İŞ OLMAYACAQ

11:35 - 25 Aprel 2025

Bu ayda 13 gün İŞ OLMAYACAQ

İyun ayında 13 gün qeyri-iş günü olacaq.


Manset.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq.

İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək.

İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.

Beləcə iyun ayında 13 gün qeyri-iş günü olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv