Xəbər verdiyimiz kimi, ABŞ-nin Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan azərbaycanlı tələbələr, Ceyhun Xəlilov, İnqilab Hüseynzadə və Murad Qurbanov qondarma “erməni soyqırımı”nın anım günündə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayişinin qarşısını alıblar.
Manset.az-ın məlumatına görə, həmin tələbələr “Xəzər Xəbər”ə açıqlama veriblər.
Qeyd edək ki, hər üç tələbə ötən il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-nin nüfuzlu Berkli Kaliforniya Universitetinin hüquq üzrə magistratura pilləsinə qəbul olublar.
Ətraflı videomaterialda: