Bədənimizdəki mikroplastiklər - Yeni əlaqə aşkarlandı

01:00 - 25 Aprel 2025

Bədənimizdəki mikroplastiklər - Yeni əlaqə aşkarlandı

Amerikalı alimlər insan orqanizmində mikro və nanoplastika ilə ürək-damar xəstəlikləri riski arasında yeni əlaqə aşkar ediblər.


Manset.az-ın xəbərinə görə, məlum olub ki, aterosklerotik lövhə olan xəstələrin boyun damarlarında plastik hissəciklərin konsentrasiyası sağlam insanlardan 51 dəfə yüksək ola bilər.

Hesabat Amerika Ürək Assosiasiyasının (AHA) konfransında təqdim olunub.

Plastik və infarkt arasında birbaşa əlaqə hələ sübut olunmasa da, elm adamları immun hüceyrə genlərinin fəaliyyətində dəyişikliklər, qan damarlarında iltihab əleyhinə proseslərin azalması və aterosklerotik lövhələrin sabitliyinin pozulmasını aşkar ediblər.

Tədqiqatçılar mikro və nanoplastikaların ürək-damar sisteminə uzunmüddətli təsirlərini öyrənməyi planlaşdırırlar.

Yeganə

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv