Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə
əlaqələr üzrə prorektoru Tamam Cəfərova Düzce Universitetində “Türk dünyasında
qadın: uğur hekayələri” beynəlxalq simpoziumunda iştirak edib.
Manset.az xəbər verir ki, aprel
ayının 21-22-də Türkiyənin Düzce şəhərində Düzce Universiteti Qadın Çalışmaları
Araşdırma Mərkəzi və Beynəlxalq əlaqələr ofisi, Düzce Valiliyi və Düzce Bələdiyyəsi,
Düzce Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə “Türk Dünyasında
Qadınlar: Uğur hekayələri” adlı 1-ci beynəlxalq simpozyum keçirilib.
Simpoziumun
açılış mərasimində Düzce Universitetinin rektoru professor Nedim Sözbir, Düzce
bələdiyyəsinin sədri və Türkiyənin sabiq elm, sənaye və texnologiya naziri
Faruk Özlü, Türkiyə Prezidentinin baş müşaviri Saadet Oruç, Düzce millət vəkili
Ayşe Keşir və Düzce valisi Selçuk Aslan çıxış ediblər.
Simpozyumda,
həmçinin, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Moldovadan qadın deputatlarla yanaşı, Kaspian
Universiteti, İzmir Demokrtaiya Universiteti, Almatı Humanitar-İqtisadi
Universiteti, Qərbi Qazaxıstan Marat Ospanov Tibb Universiteti, Komrat Dövlət
Universitetindən rəhbər şəxslər də çıxış
ediblər.
“Azərbaycan
qadınlarının ictimai-siyasi fəaliyyəti: reallıq və perspektivlər” mövzusunda
çıxış edən Tamam Cəfərova müstəqillik
illərində Azərbaycan qadınların ictimai-siyasi fəaliyyətindən söz açıb. Azərbaycanda
dövlət qadın siyasətinin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlı olduğunu vurğulayan Tamam Cəfərova qadın hüquqları sahəsində mövcud
qanunvericilikdən, milli mexanizmdən və dövlət idarəçiliyində qadınların kişilərlə
bərabər iştirakından, gender bərabərliyinin təmin edilməsi sahəsində əldə
olunan uğurlardan danışıb.
Millət vəkili,
həmçinin dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban Əliyevanın fəaliyyəti ilə Azərbaycan qadın hərəkatında, ictimai-siyasəti
fəaliyyətlərində yeni dövrün başlandığını qeyd edib.
Simpozium
çərçivəsində ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə
prorektoru, millət vəkili Tamam Cəfərova adı çəkilən ali təhsil müəssisələrinin rəhbərləri ilə
ikitərəfli görüşlər keçirib.