Azərbayanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO

10:08 - 24 Aprel 2025

Azərbayanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO

Azərbaycanda məşhur aparıcının başına iş gəlib.  


Bu barədə Manset.az-a aparıcı Kamran Yaradanquliyev məlumat verib. Kibercinayətkarlar onun qəzaya düşdüyünü bildirərək aparıcının adından dostundan pul istəyiblər:  

"Nömrə belə kopyalanmışdı. Guya 500 manat dostum ona pul göndərib. Ona yazmışdılar ki, qəza keçirmişəm. Pis vəziyyətdəyəm. Sadəcə bir az ayıq-sayıq olmaq lazımdır."  

Bəs kiberdələduzlar insanları necə aldadırlar?  

İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, 2024-cü ildə Azərbaycanda səs eyniləşdirilməsi ilə onlarla insan dələduzluğun qurbanı olub.  

O, həmçinin qeyd edib ki, 2025-ci ilin əvvəllərində insanlar artıq bir şəkillə vətəndaşların hərəkətli videolarını yaratdıqlarını müşahidə ediblər.  

İKT üzrə ekspert əlavə edib ki, tanımadığınız mesajlarla gələn linklərə keçid etmək olmaz:  

"Tanımadığımız mesajlardakı linklərə tıklamayaq. Yüksək faizli və ya yüksək maaş təkliflərinə aldanaraq heç bir yerdə şəxsi məlumatlarımızı paylaşmayaq. Kimsə bizə pul köçürmək üçün bank kartımızın nömrəsini öyrənmək istədikdə, ona kartın şəklini göndərməyək. Çox vaxt görürük ki, insanlar bir-birinə kartlarının şəklini göndərirlər. Bu, çox yanlış bir anlayışdır. Belə etdikdə, biz bir çox mühüm məlumatı paylaşmış oluruq. Biz qaydaları pozmadan ünsiyyətimizi tənzimləməliyik."  

Xatırladaq ki, şəxsi məlumatlarınızı paylaşdığınız halda adınıza kredit götürülə, hesabınızdakı məbləğlər silinə bilər. Odur ki, şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv