Bu yağlarda bakteriya aşkarlandı  

23:51 - 23 Aprel 2025

Bu yağlarda bakteriya aşkarlandı  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən Bərdə Ticarət ASC-yə məxsus bazarda yoxlama keçirib.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, AQTA-dan verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub.

Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv