Sabah bu ərazilərin qazı KƏSİLƏCƏK

16:59 - 23 Aprel 2025

Sabah bu ərazilərin qazı KƏSİLƏCƏK

İmişli rayonunun 24 yaşayış məntəqəsində sabah qaz olmayacaq.


Manset.az xəbər verir ki, "İmişli" QPS-də yeni ölçü qovşağının quraşdırılması, mövcud ölçü qovşağının sökülərək yerinin dəyişdirilməsi və yeni Dş150 mm-lik şam xəttinin quraşdırılması ilə bağlı, aprelin 24-də saat 10:00-dan etibarən, işlər başa çatanadək "Qaz İxrac" İdarəsi tərəfindən “İmişli” QPS-dən qidalanan “İmişli 1” və “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə İmişli şəhər mərkəzi, 20 kənd, 3 qəsəbənin (18 min 190 abonent), eyni zamanda Saatlı rayonunun Naharlı, Məzrəli kəndlərinin (370 abonent) qaz təchizatında fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv