Azərbaycanın milli aviadaşıyıcısı AZAL
Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur
istiqamətdə əlavə reyslər həyata keçirəcək. Əlavə uçuşlar Bakıdan İstanbula,
Antalyaya və Dubaya planlaşdırılıb.
Belə ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.
AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.
Aviabiletləri rəsmi www.azal.az saytından,
aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə
olunmuş agentliklərdən əldə edə bilərsiniz.