Qarabağ Universiteti "Hüquqşünaslıq", "Psixologiya", "Tarix" və "Beynəlxalq münasibətlər" ixtisasları üzrə müəllim vakansiyaları elan edir.
Bu barədə Manset.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Cinayət-Prosessual Hüquq istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.