Azərbaycan Respublikasının
kişi cinsli gənc vətəndaşlarının bundan yararlana bilər.
Milli Müdafiə Universitetinin
tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantları üçün yeni fürsətlər təqdim olunur.
Yalnız, Milli Müdafiə
Universiteti beynəlxalq hərbi təhsil əməkdaşlığı çərçivəsində, kursantların qəbul
balı və şəxsi istəkləri nəzərə alınmaqla xarici ölkələrdə – Türkiyə, Almaniya,
İtaliya, Koreya və Rusiyanın tanınmış hərbi ali təhsil müəssisələrində tam dövlət
təminatı ilə təhsillərini davam etdirmək imkanı yaradır.
Heydər Əliyev adına Hərbi İnstituta qəbul
I, II, III ixtisas qrupu, Hərbi Tibb Fakültəsinə isə IV ixtisas qrupu üzrə
keçirilən imtahanlarda yüksək nəticə əldə etmiş Azərbaycan Respublikasının kişi
cinsli vətəndaşlarına müsabiqədə iştirak etmək imkanı yaradılır.
Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən
və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər və onların
valideynləri üçün 26 aprel saat 11:00-da Milli Müdafiə Universitetinin Heydər
Əliyev adına Hərbi İnstitutunda xaricdə təhsillə bağlı “Açıq qapı” günü keçiriləcəkdir.
Tədbir çərçivəsində iştirakçılara xaricdə
təhsil imkanları və qəbul prosesi barədə ətraflı məlumat veriləcəkdir. Tədbirdə
iştirak etmək üçün qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçməyiniz kifayətdir.
Vətəndaşları maraqlandıran
suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində
saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət
göstərir.
Fəxr edəcəyin gələcəyi seç — sən də
sıralarımıza qoşul!