Varlı insanlar daha az yemək yeyir - ARAŞDIRMA

01:00 - 22 Aprel 2025

Varlı insanlar daha az yemək yeyir - ARAŞDIRMA

Durham Universitetinin alimləri yüksək gəlirli insanların sosial statusu aşağı olanlara nisbətən özlərini daha tox hiss etdiklərini aşkar ediblər.


Manset.az xəbər verir ki, araşdırmanın nəticələri "Food Quality and Preference" (FQP) jurnalında dərc olunub.

Təcrübədə müxtəlif sosial təbəqələrdən olan 96 şəxs iştirak edib. Onların hər birinə südlü şokolad olan boşqab təklif edilib və şirniyyatın dadına qiymət verərkən istədikləri qədər yeyə biləcəkləri qeyd olunub.

Dequstasiya zamanı alimlər ürək döyüntüsünün dəyişkənliyini ölçüblər. Bu göstərici bağırsaq və beyin arasındakı əlaqəni tənzimləyən vagus sinirinin fəaliyyətini, həmçinin aclıq və toxluq hisslərini əks etdirir.

Tədqiqatın aparıcı müəllifi Mario Veyk qeyd edib ki, varlı iştirakçılar bədənlərinin daxili siqnallarına daha çox güvənirlər - onlar tox hiss etdikdə yeməyi dayandırırdılar. Daha aşağı gəlirli şəxslər arasında isə bu əlaqə nisbətən zəifdir. Belə ki, onlar daha çox yemək yeyirlər.

Yeganə

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv