Hindiba kökü qəhvəyə təbii alternativ kimi istifadə edilən ot bitkisidir. Zəngin tərkibi və kofeinin olmaması sayəsində hindiba içkisi qəhvəyə əks göstərişi olan insanlar üçün uyğundur.
Manset.az əfsanəvi bitkinin faydalarını diqqətə çatdırır.
Mütəxəssislər Hindibanın vitamin və minerallarla zəngin tərkibə malik olduğunu bildirirlər. Bitki eyni zamanda bir sıra sağlamlıq problemlərinin müalicəsi üçün effektiv təsirə malikdir.
Belə ki, Hindibanın tərkibindəki B vitaminləri sinir sistemini dəstəkləyir. Bundan başqa, bu bitki kalium və maqneziumla zəngindir ki, bu da ürək üçün faydalı təsir göstərir. Hindibanın tərkibində çoxluq təşkil edən digər element Pektindir. Pektin isə maddələr mübadiləsini yaxşılaşdırır, aclığı azaltmağa kömək edir.