"Şərti adı "B-04" olan stansiyada əsas inşaat işlərinin 2025-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub. Bununla yanaşı, infrastrukturun qurulması, zəruri avadanlıq və sistemlərlə təchizat işləri də 2025-ci ildə sürətləndiriləcək".
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Qurum rəsmisi əlavə edib ki, daha sonra "8 Noyabr-B-04" tunel mənzilində bütün infrastrukturun qurulması aparılacaq. Stansiyanın 2026-cı il ərzində istifadəyə verilməsi planlaşdırılır:
"Dövlət proqramına uyğun olaraq, 2025-ci ildə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas işlərə başlanılması, 2026-2027-ci illərdə "Dərnəgül" elektrik deposunda tikintinin tamamlanması, 2 yeni elektrik yarımstansiyanın inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması, "İçərişəhər" stansiyasının arxasında dönmə kamerasının, "Xətai" stansiyasından sonra Dövlət proqramında nəzərdə tutlmuş 4 stansiyadan ikisinin inşasına başlanılması da nəzərdə tutulub".