Aeroport yolunda ağır qəza - Ölən var

09:38 - 21 Aprel 2025

Aeroport yolunda ağır qəza - Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Manset.az xəbər verir ki, Aeroport şossesi kimi tanınan yolun Sabunçu dairəsi adlanan hissəsində “Opel” markalı avtomobil yolu keçməyə çalışan şəxsi vurub.

Nəticədə piyada Ağarəhim Rzaxan oğlu Rəhimov ağır xəsarətlər alıb. O, Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv