“Fənərbaxça” öz meydanında 2 xal itirdi

22:16 - 20 Aprel 2025

“Fənərbaxça” öz meydanında 2 xal itirdi

Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.


Manset.az Apasport.az-a istinadən xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

    "Başakşehir" “Qaziantep”lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

    “Eyüpspor” Rize səfərindən əliboş dönüb. Komanda minimal hesabla məğlub olub.

    "Fənərbaxça" isə “Kayserispor”la üz-üzə gəlib. Oyunun gedişində “sarı-lacivərdlilər” hesabda geri düşüb. İstanbul təmsilçisi ikinci hissədə Allen San Maksimen və Talişkanın qolları ilə üstünlüyə yiyələnib. Lakin son dəqiqələrdə Talha Sarıarslan qonaqlara 1 xal qazandırıb - 3:3.

    Beləliklə, “Fənərbaxça” və “Qalatasaray” arasındakı xal fərqi yenidən 5-ə qalxıb.

    Türkiyə Super Liqası
    XXXII tur
    20 aprel

    14:30. "Başakşehir" – "Qaziantep" 2:1
    17:00. "Rizespor" - "Eyüpspor" 1:0
    20:00. "Fənərbaxça" – "Kayserispor" 3:3


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv