Türkiyənin "Fənərbağça", "Sivasspor", "Kayseri Erciyesspor" və "Kasımpaşa" klublarını da çalışdırmış təcrübəli alman məşqçi Verner Lorant 76 yaşında vəfat edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Lorant təxminən il yarımdır ağır xəstəliklə mübarizə aparırdı. Təcrübəli mütəxəssis müalicə aldığı Vasserburq şəhərindəki xəstəxanada həyatını itirib.
2002-ci ildə "Fənər"in baş məşqçisi olan Lorant komandanı 39 oyuna çıxarıb. Onun rəhbərliyi altında komanda "Qalatasaray"a 6:0 hesabı ilə qalib gəlib.