Sosial şəbəkələrdə Azərbaycanın boşanmaların sayına görə Avropada üçündü yerdə olduğuna dair məlumatlar paylaşılıb.
Manset.az Baku TV-yə istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib ki, yayılan görüntülər 2024-cü ilin məlumatını əks etdirmir.
Sosioloqların fikrincə, boşanmaların artması cəmiyyətdə xəstəlik halını alıb. Səbəblər arasında nümayiş etdirilən serialların da rolunun olduğu bildirilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci il yanvar-fevral aylarında Azərbaycanda 7 741 nikah, 3 414 boşanma halı qeydə alınıb.
Ətraflı süjetdə: