HİV virusuna yoluxanlar evlənə bilərlər?

08:00 - 20 Aprel 2025

HİV virusuna yoluxanlar evlənə bilərlər?

Ölkəmizdə HİV virusu ilə yaşayan insanların sayı az olsa da, bu mövzu hələ də cəmiyyət üçün həssas hesab edilir. Xüsusilə HİV-lə yaşayan şəxslərin ailə həyatı qurması və sağlam uşaq dünyaya gətirməsi məsələsinə cəmiyyətdə fikir birmənalı deyil.


Manset.az xəbər verir ki, mütəxəssislərin də bu mövzuya yanaşmaları fərqlidir. Uroloq-androloq Bəhruz Ağayevin sözlərinə görə, HİV virusunun müalicəsi yoxdur:

"Xəstəlik cinsi yolla keçir. Əgər virus kişidədirsə, həyat yoldaşını yoluxdura bilər. Nəticədə, xəstəlik qadından ana bətnindəki övlada keçə bilər. Həmin xəstələrin sayının artmaması üçün ailə qurmaları tövsiyə edilmir. Sözügedən vətəndaşlar siyahıya alınır və dövlət tərəfindən dərmanla təmin olunur".

Lakin dünyada fərqli yanaşmalar və müasir tibbi imkanlar da mövcuddur. Nəticə etibarilə bu mövzu hələ də cəmiyyət üçün həm tibbi, həm də sosial baxımdan müzakirəyə açıq qalır.

Ətraflı Baku TV-nin süjetində:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv