Təyyarə Bakıda məcburi eniş etdi

14:23 - 18 Aprel 2025

Təyyarə Bakıda məcburi eniş etdi

Finlandiyanın "Finnair" aviaşirkətinə məxsus Banqkok–Helsinki marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Manset.az APA-ya istinadən xəbər verir ki, buna səbəb – sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə olub.

Airbus A350 tipli təyyarə yerli vaxtla saat 12:06-da Bakı hava limanına uğurla eniş edib. Hava gəmisinə dərhal tibbi xidmət əməkdaşları yönləndirilib. Sərnişinə yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra, o təxirəsalınmadan paytaxtın tibb müəssisələrindən birinə təxliyyə olunub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini prioritet sayaraq, bu kimi fövqəladə hallara cavab vermək üçün daim yüksək hazırlıq vəziyyətindədir. Hava limanında mütəmadi olaraq əməliyyat təlimləri və təhlükəsizlik ssenariləri üzrə simulyasiyalar həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv