Ağcaqanadlardan öldürücü yeni epidemiya yayılıb

13:55 - 18 Aprel 2025

Ağcaqanadlardan öldürücü yeni epidemiya yayılıb

Kolumbiya hökuməti sarı qızdırma hallarının artması ilə bağlı ümummilli fövqəladə vəziyyət elan edib.


Manset.az-ın məlumatına görə, epidemiya başlayandan bəri 74 yoluxma və 34 ölüm qeydə alınıb. Xəstələrin yarısı ilk simptomlardan 14 gün sonra həyatını itirib.

Səhiyyə naziri Gilermo Alfonso Jaramillo ən kritik vəziyyətin Kolumbiyanın mərkəzi-qərb hissəsindəki Tolima bölgəsində olduğunu bildirib.

Sarı qızdırma Aedes və ya Haemagogus ağcaqanadlarının dişləməsi ilə yayılır. İlk simptomlar arasında qızdırma, baş ağrısı, bel ağrısı, ürəkbulanma və yorğunluq var. Bu xəstələrin təxminən 15 faizi daha ağır mərhələyə keçir və həyatını itirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv