Yüksək səslə musiqi dinlədi - CƏRİMƏ olundu

10:56 - 18 Aprel 2025

Yüksək səslə musiqi dinlədi - CƏRİMƏ olundu

Ədirnədə yol hərəkəti zamanı yüksək səslə musiqi dinləyən avtomobil sürücüsünə inzibati qaydada 993 lirə məbləğində cərimə tətbiq edilib.


Manset.az xəbər verir ki, hadisə şəhərin Fatih məhəlləsində baş verib. Sakinlərin şikayəti əsasında hərəkətə keçən polis əməkdaşları yüksək səs-küy yaratdığı iddia olunan nəqliyyat vasitəsini müəyyənləşdirib.

Motosikletli "Yunus" timləri tərəfindən İbrahim Zagra küçəsində saxlanılan yüngül kommersiya avtomobilinin sürücüsünün avtomobilində yüksək səslə musiqi dinlədiyi müəyyən olunub.

Qayda pozuntusuna yol verdiyi üçün sürücüyə 993 lirə məbləğində cərimə kəsilib. Polis əməkdaşları sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə və ictimai asayişi pozacaq davranışlardan çəkinməyə çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv