Bakının 2 rayonunda binaların söküntüsü başlayır

09:20 - 18 Aprel 2025

Bakının 2 rayonunda binaların söküntüsü başlayır

Bakının daha iki rayonu üzrə istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinə başlanılır.

 

Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri bu dəfə Sabunçu və Suraxanı rayonları üzrə həyata keçiriləcək.

 Məlumata görə, Sabunçu rayonunda söküntü işləri Babək küçəsi, ev 23, M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32, Suraxanı rayonunda isə Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

 Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

 Qeyd edək ki, daha əvvəl Binəqədi rayonunun Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv