Bu Bakı məktəbliləri maksimum bal topladı

16:30 - 17 Aprel 2025

Bu Bakı məktəbliləri maksimum bal topladı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, martın 9-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 313 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aişə Bağırova 300 bal toplayıblar.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv