Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.
Bu barədə Manset.az-a sözügedən ərazilərdə yaşayan sakinlər müraciət ediblər.
Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində səhər saat 11-dən, Sulutəpə qəsəbəsi, Laçın rayon 10 saylı məktəbi, Xocahəsəndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının ətrafı, Abşeron rayonu, Məmmədli qəsəbəsinin ərazilərində isə gecə saatlarından bəri işıq yoxdur.