Qısa
videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda
ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının
nəticələrini açıqlayıb.
Manset.az xəbər verir ki, bu
təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video
hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı
videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar.
TikTok-da
keçirilən onlayn festival Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
Artıq iki ildir ki, TikTok Azərbaycanda yerli
mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata
keçirir. Azərbaycanın zəngin mədəni irsi ölkədəki bir çox məzmun yaradıcıları və
təşkilatlar üçün ilham mənbəyinə çevrilib. Onlar həm yerli, həm də xarici
auditoriya üçün maraqlı olan unikal və cəlbedici videolar hazırlayırlar.
TikTok-un bu istiqamətdə həyata keçirdiyi əvvəlki
təşəbbüslər arasında mədəni layihə olan “Muzeylər
gecəsi” xüsusi yer tutur. Layihə çərçivəsində ölkənin 10 aparıcı muzeyi canlı yayımlar təşkil edərək istifadəçilərə
evdən çıxmadan virtual ekskursiyalara qoşulmaq, incəsənət dünyasına səyahət etmək
və Azərbaycanın muzeylərində qorunan eksponatlar haqqında daha ətraflı məlumat
almaq imkanı yaradıb. Bundan əlavə, TikTok “Ədəbi
qonaq otağı” layihəsini də təqdim edib. Bu layihə çərçivəsində platformada
tanınmış simalar və Azərbaycanın ədəbiyyat xadimlərinin muzeyləri ilə birlikdə
şeir dinləmələri təşkil olunub. TikTok-un ən genişmiqyaslı layihələrindən biri
isə #TikTokdanÖyrən təşəbbüsü olub.
Bu layihə Azərbaycanın 22 mədəniyyət müəssisəsini bir araya gətirib.
Layihədə 14 teatr, 6 muzey, Azərbaycan
Milli Kitabxanası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu iştirak edib.
Platforma bu il ilk dəfə Azərbaycandakı
istifadəçilərlə birlikdə yazın gəlişini və Novruz bayramını qeyd edib. TikTok
bu münasibətlə genişmiqyaslı onlayn bayram festivalının keçirildiyi əsas
platformaya çevrilib. #Novruz2025 həştəqi
çərçivəsində istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd
etdiklərini göstərən, bayram süfrəsinə aid yemək reseptlərini paylaşdıqları, eləcə
də ölkələrinin zəngin adət-ənənələrinin gözəlliyini nümayiş etdirdikləri 12 mindən çox video hazırlayıblar.
Novruz bayramında milli mətbəx ənənələrinin
önəmli yeri var.İstifadəçilər ən çox sevdikləri milli yemək və
şirniyyatların, məsələn, şəkərbura, paxlava və plovun
reseptini paylaşıblar, eləcə də qonaqlar üçün gözəl və zəngin bir süfrənin
necə qurulduğunu göstəriblər. Bütün bunlar dərin mədəni məna daşıyır,
firavanlığı və möhkəm can sağlığını simvolizə edir.
Bayram günlərində ailə və yaxınlarınızla vaxt
keçirmək vacibdir. Azərbaycanın müxtəlif yerlərindən olan istifadəçilər sevimli
bayramlarını ailə
və dostlarının isti çevrəsində necə qeyd etdiklərini nümayiş etdiriblər. Bəziləri
üçün isə bu, ilk Novruz olub.
Novruzun əsas aspektlərindən biri onun
musiqisidir. Bayram zamanı TikTok-da milli melodiyalar daha da gur səslənib:
İstifadəçilər milli Azərbaycan musiqisi ilə videolar çəkiblər, şəhərin küçələrindəki
musiqi çıxışlarından reportajlar paylaşıblar və bir-birilə bayramın ab-havasını
bölüşüblər.
Festivalın diqqətçəkən trendlərindən biri
milli modaya marağın artması olub. İstifadəçilər aktiv şəkildə milli geyimləri
yenidən yaradır,
milli paltarların müasir təsvirlərini təqdim edir, bayram zamanı şəhərdə gəzintiyə
çıxmaq üçün bu paltarları geyinib,
nəsillər arasındakı əlaqəni və mədəni irsə olan hörməti nümayiş etdirirdilər.
Platforma xalq şənlikləri sayəsində rəngləndi.
Minlərlə insan küçələrə çıxaraq yazın gəlişini qeyd edib, milli yeməklərdən
dadıb, müxtəlif fəaliyyətlərdə iştirak edib və bayram əhval-ruhiyyəsini
TikTok-da paylaşıblar.
TikTok-da rəssamlar və sənətkarlar öz əsərlərini
bayrama həsr ediblər. Onlar bayram üçün Azərbaycan mədəniyyətindən və ənənəvi
Novruz elementlərindən ilhamlanan rəsmlər, eləcə də əl işləri
hazırlayıblar.
Alov Novruzun simvoludur, isti, yenilənmə və
işığın qaranlıq üzərində qələbəsini təmsil edir. TikTok istifadəçiləri Azərbaycanda,
tonqal ətrafında toplaşaraq ruhlandırıcı rəqslər etdikləri anları paylaşıblar.
Bu ənənəvi Novruz rituallarının ruhu təmizlədiyinə və gələcək ildə uğur gətirəcəyinə
inanılır.
Novruz bayramı haqqında ən kreativ videolar
Layihədə iştirak edən bütün istifadəçilər
arasında ən kreativ videoların müəllifləri müəyyən olundu. Qaliblər layihənin tərəfdaşı
— kurort şəhəri Sea Breeze tərəfindən təqdim olunan hədiyyələrin sahibləri
oldular:
1-ci
yer: @chinivibess
adlı istifadəçi Çinarə Axundova və @aydankhalilzada
adlı Aydan Xəlilzadədir. Onlar bayram ab-havasını bölüşdükləri, milli ənənələrin
və geyimlərin gözəlliyini nümayiş etdirdikləri şəhər gəzintisi formatında
hazırladıqları gözəl video ilə qalib oldular. Mükafat olaraq kontent müəlliflərinə
DREAM Fest 2025
festivalının bütün günləri üçün fan zonaya 2 bilet təqdim
olunub.
2-ci
yer: Rəssam Firuza İmanova @firca.darbesi,
Novruzdan və onun ənənəvi elementlərindən ilhamlanaraq çəkdiyi rəsmin
hazırlanma prosesini əks etdirən video təqdim edib. Mükafat olaraq Firuza Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-un
apartamentlərində 2 günlük qalmaq üçün
vauçer qazanıb.
3-cü yer: @food_channel kanalının müəllifi Yusunova Rəhimə, paxlavanın hazırlanma prosesini ətraflı və estetik şəkildə təqdim edən video hazırlayıb. Mükafat olaraq müəllifə Bakıda yerləşən Crocus fitness klublarından birində altı aylıq üzvlük kartı təqdim edilib.
“TikTok-da #Novruz2025 onlayn festivalının necə gözəl keçməsindən çox razıyıq. Hər kəsin Novruzu bu qədər sevgi və yaradıcılıqla qeyd etməsi, ənənələrimizi belə sevinc əhvallı və canlı şəkildə paylaşması təqdirə layiqdir. Bu, sanki böyük, şən bir ailə bayramıdır və mədəniyyətimizin bu gözəl təşəbbüslə yaşadılması əsl qürur verir!” – deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.
“Bu il biz ilkl dəfə Novruz bayramını Azərbaycandakı istifadəçilərimizlə birlikdə qeyd etdik və onlayn festival üçün parlaq, rəngarəng bir platforma olduq. İstifadəçilərimizə təşəkkür edirik ki, TikTok-u bayramın bütün rəngləri, melodiyaları, iştahaaçan təamları, rəqsləri və əla əhval-ruhiyyəsi ilə doldurdular! Sizin sayənizdə dünyanın dörd bir yanındakı insanlar Azərbaycanın mədəniyyətinin necə gözəl və bənzərsiz olduğunu daha yaxından tanıya bildillər", – deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.
TikTok
haqqında
TikTok
aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa
ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.