Sosial
Tədqiqatlar Mərkəzinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) olublar.
Manset.az xəbər verir ki, konfederasiya
sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti
üçün yaradılan əlverişli şəraiti və cənab Prezident İlham Əliyevin bu sahəyə
diqqət və qayğısını vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi
hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili
istiqamətində görülən işlərdən danışıb.
Görüşdə
həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər,
“AHİK Könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”,
"AHİK Plus" layihələri və “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti
barədə ətraflı məlumat verilib.
Sonra
AHİK-in fəaliyyəti, eləcə də “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı
ilə” layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.
Milli
Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə
Heyətinin sədri Zahid Oruc Konfederasiya tərəfindən həyata keçirilən
islahatları və yenilikləri yüksək dəyərləndirib, əmək münasibətlərinin tənzimlənməsi,
ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu
qeyd edib.
Sosial
Tədqiqatlar Mərkəzinin fəaliyyəti və hədəfləri barədə danışan Zahid Oruc iki
qurum arasında əlaqələrin qurulması və inkişafının əhəmiyyətini vurğulayıb.
Görüşdə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi
arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sonra
Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri AHİK-də vətəndaşların qəbulu üçün
yaradılmış şəraitlə, “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların
verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin
Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.