Azərbaycan filmi Bişkekdə Qran-priyə layiq görüldü - FOTO

22:46 - 14 Aprel 2025

Azərbaycan filmi Bişkekdə Qran-priyə layiq görüldü - FOTO

Azərbaycan filmi Bişkekdə Qran-priyə layiq görülüb


Manset.az xəbər verir ki, 11-14 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində XII Beynəlxalq “Umid” Kinoforumu keçirilib.

Ənənəvi kino tədbirində ölkəmiz iki ekran əsəri ilə – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmləri ilə təmsil olunub. 

“Sanki yoxsan” filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatı – Qran-priyə layiq görülüb.

Azərbaycan və Fransanın birgə istehsalı olan “Sanki yoxsan” filminin quruluşçu rejissoru Azər Quliyev, baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı Quram Navrozaşvilidir.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti tərəfindən beynəlxalq kinoforumda ermənilərin ölkəmizə qarşı növbəti təxribatının

qarşısı alınıb. Qeyd edək ki, kinoforuma qatılan və ölkəmizə qarşı təxribata cəhd edən bədnam qonşularımızın niyyətləri boşa çıxarılıb. Layihənin müsabiqə proqramına Ermənistandan təqdim olunan “David bağı” adlı sənədli film Azərbaycan nümayəndə heyəti tərəfindən təhlil edilib və onun xalqlar arasında münaqişənin kəskinləşməsinə səbəb ola biləcək zərərli mesajlar verdiyi müəyyənləşdirilib. Bununla bağlı beynəlxalq tədbirin təşkilat komitəsinə müraciət olunub. Bildirilib ki, filmdə Azərbaycan ərazilərinə aid toponimlər məqsədli şəkildə təhrif edilərək erməni yer adları kimi təqdim olunur. Müraciətdən sonra nifaq dolu film forumun proqramından çıxarılıb. Bu qərarla bağlı məlumat kinoforumun rəsmi saytında və bir sıra media orqanlarında dərc olunub.

Xatırladaq ki, Fransanın “LaLuna” şirkətinin istehsalı olan “Sanki yoxsan” filmi ötən ilin may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının qısametrajlı filmlər müsabiqəsində nümayiş etdirilmişdi.


Digər xəbərlər

Раскрыта причина смерти папы Римского: читать
Любовь с Никулиным, алкоголь, лечение в психушке: жестоко ?
Соседи о напряженной атмосфере в семье Михаила Ефремова
В Красноярске дети на перемене смотрели как умирает одноклассник
Певица Алёна Апина шокировала публику своим нарядом: фото
Врачам стал известен ранний маркер рака: как найти его у себя?
Барановская о том, почему ее пугают ее дети
Заморозки и ливни настигнут Россию с мая
В России ввели 10 новых штрафов для владельцев дач: срочно
Важная информация: теперь данные по ЖКХ передаем по-другому

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Любовь с Никулиным, алкоголь, лечение в психушке: жестоко ?
xidmet.tv
Раскрыта причина смерти папы Римского: читать