“Azərbaycan vəkili” jurnalı birinci oldu - FOTOLAR

11:14 - 12 Aprel 2025

“Azərbaycan vəkili” jurnalı birinci oldu - FOTOLAR

Aprelin 11-də Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində məqalə dərc edən jurnallara dair hazırladığı ikinci Monitorinq Hesabatını təqdim edib.


Manset.az xəbər verir ki, müxtəlif qurumların nümayəndələrinin, hüquqşünas alimlərin və hüquq jurnallarının təmsilçilərinin iştirak etdiyi dəyirmi masada 152 hüquqşünas və 18 hüquq jurnalı arasında keçirilmiş elektron sorğunun nəticələri müzakirə olunub.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan ikinci monitorinq hesabatını tədbir iştirakçılarına təqdim edib və bildirib ki, İnstitut hüquq jurnallarının vəziyyətini araşdırmaqla yanaşı, həm də mövcud problemlərin həll olunmasını və jurnalların müasir elmi tələblərə cavab verən səviyyəyə çatdırılmasını hədəfləyib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov tədbirdə çıxış edərək ARVK tərəfindən təsis edilmiş “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının hüquq ictimaiyyəti üçün əhəmiyyətindən danışıb. Sədr qeyd edib ki, jurnal həm elmi-nəzəri, həm də praktik hüquqi məsələlərə dair dolğun məlumatlar təqdim edən və hüquqşünaslar arasında fikir mübadiləsi üçün vacib platforma rolunu oynayan mühüm nəşrdir.

Sorğu nəticəsində ən çox oxunan jurnallar sırasında “Azərbaycan vəkili” (57,2%), “Qanun” (38,8%), “Azərbaycan hüquq jurnalı” (37,5%), “Baku State University Law Review” (27,6%), “Beynəlxalq hüquq və inteqrasiya problemləri” (19,7%) və “İnjuria” (19,7%) jurnalları yer alıb.

Müzakirələr zamanı hüquq jurnallarının hazırkı vəziyyəti təhlil edilib, bu istiqamətdə maraqlı təkliflər səsləndirilib.

Qeyd edək ki, ilk monitorinqin nəticələrindən sonra İnstitutun rəsmi saytında ölkədə nəşr olunan hüquq jurnallarının əlaqə vasitələrinin vahid platforması və hüquq jurnallarındakı məqalələr üzrə vahid axtarış bazası yaradılıb. Bazaya 18 jurnalda dərc edilmiş 1063 məqalə əlavə edilib. Bu da, öz növbəsində, oxucuların və məqalə dərc etmək istəyən müəlliflərin həmin jurnallara çıxışını və istifadəsini asanlaşdırır. Bununla yanaşı, jurnalların keyfiyyətinin artırılması məqsədilə İnstitut “Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar”ı da geniş ictimaiyyətə təqdim edib.


Digər xəbərlər

Генерал-майор Попов лишился звания и сел в тюрьму: из-за чего?
В Бурятии студентка погибла от рук лучшей подруги: как так?!
В России введут ограничения для вождения по возрасту
Причина новой волны набора солдат по России
Сегодня пасха мертвых: что категорически запрещено делать
Все, кто делает платежи за ЖКХ — с 1 мая сюрприз
В Нижнекамске псих совратил школьника и целый год жил с ним
Что нужно делать 27 апреля, потому что этот день сулит опасность
5 лет назад они убили своего сына, а поймали их только сейчас: ужас
Список известных актеров, которые росли в детдоме: пример!

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
В России введут ограничения для вождения по возрасту
xidmet.tv
Причина новой волны набора солдат по России