Martın 2-də keçirilən buraxılış imtahanlarında maksimal nəticə göstərən şagirdlərdən biri də Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən H.Z.Tağıyev adına tam orta məktəbin şagirdi Nəzrin Məmmədova olub. O, imtahanda ən yüksək mümkün göstərici olan 300 bal toplayıb.
Manset.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Universitetləri” sosial media səhifəsində paylaşılıb. Məlumatda qeyd olunur ki, Nəzrin Məmmədova 5 yaşında məktəbə başlayıb və erkən yaşlardan xüsusi biliyi ilə seçilib.
Nəzrinin bacısı Nuray Məmmədova da uğurlu nəticə göstərib – o, imtahanda 247 bal toplayaraq təhsil aldığı məktəbdə üçüncü yerə layiq görülüb.
Bildirilib ki, bacılar Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olmaq üçün hazırlaşırlar.