"Azərbaycanın D-8-ə qoşulması Pakistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır" 

20:39 - 08 Aprel 2025

\"Azərbaycanın D-8-ə qoşulması Pakistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır\" 

Azərbaycanın D-8-ə qoşulması Pakistan və digər üzv dövlətlərlə ticarətin inkişafı, investisiyaların cəlb edilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Milli Gününə həsr olunmuş tədbirdə bildirib.

“Ötən il Azərbaycan Pakistanın da üzvü olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv olub və bununla da təşkilat çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə edib. Azərbaycanın D-8-ə üzv olması digər üzv ölkələrlə, o cümlədən Pakistanla ticarət, investisiya və iqtisadi əməkdaşlıq üçün geniş perspektivlər açır”, - nazir deyib.

O, ölkələr arasında əməkdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi, müdafiə, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

“Azərbaycan-Pakistan münasibətləri təkcə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri ilə məhdudlaşmır, o, həm də qardaşlıq və qarşılıqlı etimada əsaslanan dostluq nümunəsidir”, - Vüqar Mustafayev söyləyib.

O, Azərbaycan-Pakistan əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib: “İqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da gücləndirilməsi əsas strateji hədəflərimizdir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv