Birbank
müştərilərinin həyatını asanlaşdıran yeniliklərlə xidmətini genişləndirməyə
davam edir. Artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV məbləğini 30 gün
gözləmədən dərhal geri almaq mümkün olacaq.
Bunun
üçün ödənişlər Birbank mobil tətbiqinin skan funksiyasından istifadə etməklə,
eləcə də Birbank kartı ilə həyata keçirilməlidir. ƏDV məbləği isə ödəniş qəbzi
Birbank mobil tətbiqinə əlavə edildikdən dərhal sonra “ƏDV geri al” balansına əlavə
olunacaq. Bu imkan yalnız Birbank və PAŞA Bank-a məxsus POS terminallarda edilən
və m10 QR ödənişlərinə şamil edilir.
Qeyd
edək ki, “ƏDV geri al” portalında bir istifadəçi gün ərzində maksimum 10, ay ərzində
isə 50 qəbz üzrə ƏDV-nin dərhal qaytarılması imkanından faydalana bilər.
ƏDV-nin dərhal geri alınması hər biri 200 AZN-dən çox olmayan ödənişlərə şamil
edilir.
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan
çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank
2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə
xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə
institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://birbank.az/
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.