Bakıda bu ərazidə yeni park salınacaq

16:44 - 08 Aprel 2025

Bakıda bu ərazidə yeni park salınacaq
Bakının Nəsimi rayonunda yeni park salınacaq.

Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, yeni park 28 May küçəsindən "The Ritz-Carlton Baku" otelinə qədər olan 12 ha ərazidə salınacaq.

BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.

Parkın layihə-smeta sənədlərinin 2.45 milyon manata hazırlanacağı proqnozlaşdırılıb.

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv