Hazırda ali təhsil müəssisələrində imtahan sessiyası davam edir. Tələbələrin semestr ərzində əldə etdikləri bilik və bacarıqlar imtahan vasitəsilə yoxlanılır və qiymətləndirilir. Qarabağ Universitetində də artıq ilk semestr imtahanları başlayıb.
Manset.az-ın məlumatına görə, Qarabağ Universitetinin İncəsənət fakültəsində ilk semestr imtahanlarına start verilib.
İncəsənət fakültəsində aparılan imtahanlar ixtisaslara uyğun olaraq praktiki qiymətləndirmə əsasında təşkil edilir.