"Azəriqaz"da yüksək vəzifəyə TƏYİNAT - FOTO

16:36 - 09 Dekabr 2024

\"Azəriqaz\"da yüksək vəzifəyə TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoruna birinci müavin təyin edilib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, sözügedən vəzifə Nail Abdullayevə həvalə edilib.

Qeyd edək ki, Nail Abdullayev bu ilin ortalarında "Azəriqaz" Baş direktorunin müavini təyin edilib.

O, 2013-cü ildən SOCAR-ın tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın Tənzimlənməsi” bakalavr təhsili, Bahçeşehir Universitetində “Biznesin idarə edilməsi” (MBA) üzrə isə magistr təhsili alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv