Dekabrın 6-da Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib.
Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, attestasiyanın məqsədi nazirliyin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmə ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.
Attestasiya komissiyasının formalaşdırılması haqqında məlumat verən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib ki, hər biri 5 nəfər olmaqla fortepiano ixtisası üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Qanunvericiliyə uyğun olaraq, komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 123 müəllim işə qəbul edilib. Boş qalan yerlərə isə 35 əlavə qəbul reallaşdırılıb. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir.
Qeyd olunub ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılacaq. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz Regional Mədəniyyət idarələri üzrə ilin sonunadək fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.
İlkin mərhələdə ümumilikdə 4100 müəllimin attestasiyadan keçirilməsi nəzərdə tutulur.
Qiymətləndirmə prosesinə fortepiano və musiqi nəzəriyyəsi ixtisaslarından başlanılması məsələsinə toxunan Cəsarət Valehov deyib ki, bu ixtisaslar üzrə müəllimlərin sayı bütün müəllimlərin ümumi sayının 57 faizini (fortepiano 45%, musiqi nəzəriyyəsi 12%) təşkil edir.
Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb, qanunvericiliyə əsasən, prosesin başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan müəllimlərə veriləcək. Proqramlar nazirliyin https://culture.gov.az rəsmi səhifəsində də yerləşdiriləcək.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirildi
15:04 - 06 Dekabr 2024








Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Əsnəmək təhlükəli ola bilər - XƏBƏRDARLIQ

8000 mAh batareyaya malik smartfon təqdim edildi-İlk dəfə

Bu mebel fabrikinin fəaliyyəti dayandırıldı

Dərnəgül yolunda təmirə görə TIXAC yarandı

Qubada bağlanan yol açıldı - YENİLƏNİB

Səfərə çıxan sürücülərin NƏZƏRİNƏ

Bazar günü hava necə olacaq? - PROQNOZ

İnsan ölümləri daha çox bu fəsildə baş verir - XƏBƏRDARLIQ

Bu qurumun işçilərinin sayı artırıldı

“İnsanlar gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”

Övladlığagötürmə ilə bağlı yenilik - FƏRMAN

2 yaşlı uşaq qızdırmadan öldü
Xəbər xətti
- 19 Aprel 2025
- 15:46 "Hər şey Ermənistan tərəfinin addımından asılıdır"
- 15:44 Əsnəmək təhlükəli ola bilər - XƏBƏRDARLIQ
- 15:35 Bakıda 22 yaşlı gənc itkin düşdü
- 15:29 Putin Oman Sultanı ilə danışıqlar aparacaq
- 15:27 Bulvarda dənizdən meyit tapılıb
- 15:14 Azərbaycandan Gürcüstana təcili dəstək
- 15:09 8000 mAh batareyaya malik smartfon təqdim edildi-İlk dəfə
- 15:02 Medvedevdən Avropaya MƏSLƏHƏT
- 14:53 "Açıq qalan Qarabağ məsələsi yoxdur"-Ceyhun Bayramov
- 14:50 Tanınmış futbolçu qəzada öldü
- 14:37 ABŞ Krımı Rusiya kimi tanıya bilər
- 14:29 Bu mebel fabrikinin fəaliyyəti dayandırıldı
- 14:25 Bakıda silah-sursat aşkarlanıb
- 14:09 Hacı Nuran bu dəfə onunla foto paylaşdı
- 14:02 2 futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ
- 13:45 Soyuducuda 4 kq narkotik gizlədənlər saxlanıldı - FOTO
- 13:38 2 bacı birləşib 14 su sayğacı oğurladılar
- 13:33 Dərnəgül yolunda təmirə görə TIXAC yarandı
- 13:14 Qubada bağlanan yol açıldı - YENİLƏNİB
- 13:09 Səfərə çıxan sürücülərin NƏZƏRİNƏ
- 12:54 Bazar günü hava necə olacaq? - PROQNOZ
- 12:45 Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR
- 12:35 Şadlıq evində zəhərlənənlərin sayı ARTDI
- 12:30 İnsan ölümləri daha çox bu fəsildə baş verir - XƏBƏRDARLIQ
- 12:14 Bu qurumun işçilərinin sayı artırıldı
- 12:12 “İnsanlar gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”
- 12:05 Övladlığagötürmə ilə bağlı yenilik - FƏRMAN
- 11:52 Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı
- 11:44 Bu qayda 10 il qüvvədə olacaq - Prezident təsdiqlədi
- 11:43 “Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurdu
- 11:32 İlham Əliyev bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
- 11:25 Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq
- 11:13 "Yamal Messi deyil"
- 11:00 2 yaşlı uşaq qızdırmadan öldü
- 10:40 “Məclisdə 5 qızı Nanə Ağamalıyeva bilmişəm” - Elgiz
- 10:19 Bir gündə bank kartlarından 21394 manat oğurlandı
- 10:00 Bataqlığa düşən məktəblinin meyiti tapıldı - FOTO
- 09:46 "Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 09:41 Tramp tarixə düşdü
- 09:29 Fransa - Azərbaycan matçı bu stadionda keçiriləcək
- 09:19 Bakıda toyda kütləvi zəhərlənmə: 32 nəfər xəstəxanalıq oldu - VİDEO
- 09:07 Ordumuzun mövqeləri atəşə tutuldu
- 09:04 Paşinyan Qazaxla sərhədə gəldi - VİDEO
- 08:30 Türkiyə Super Liqasında legioner limiti qaydaları dəyişdi
- 08:00 Elm adamları ABŞ-ni tərk edir
- 01:00 Təyyarə dovşana görə havada yandı
- 00:30 "Hababam sınfı"nın əfsanələri 50 illik yubileylərində bir araya gəldilər
- 18 Aprel 2025
- 23:56 ABŞ Çin gəmilərindən ödənişlər alacaq
- 23:40 Proqnozdan 6,7 milyon manat çox vəsait daxil oldu
- 23:17 Rusiya vətəndaşı olmayanlar da hərbi xidmətə gedə biləcək
- 22:51 Ağır yol qəzası oldu - Ölən və yaralananlar var

