Dekabrın 6-da Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib.
Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, attestasiyanın məqsədi nazirliyin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmə ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.
Attestasiya komissiyasının formalaşdırılması haqqında məlumat verən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib ki, hər biri 5 nəfər olmaqla fortepiano ixtisası üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Qanunvericiliyə uyğun olaraq, komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 123 müəllim işə qəbul edilib. Boş qalan yerlərə isə 35 əlavə qəbul reallaşdırılıb. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir.
Qeyd olunub ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılacaq. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz Regional Mədəniyyət idarələri üzrə ilin sonunadək fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.
İlkin mərhələdə ümumilikdə 4100 müəllimin attestasiyadan keçirilməsi nəzərdə tutulur.
Qiymətləndirmə prosesinə fortepiano və musiqi nəzəriyyəsi ixtisaslarından başlanılması məsələsinə toxunan Cəsarət Valehov deyib ki, bu ixtisaslar üzrə müəllimlərin sayı bütün müəllimlərin ümumi sayının 57 faizini (fortepiano 45%, musiqi nəzəriyyəsi 12%) təşkil edir.
Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb, qanunvericiliyə əsasən, prosesin başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan müəllimlərə veriləcək. Proqramlar nazirliyin https://culture.gov.az rəsmi səhifəsində də yerləşdiriləcək.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirildi
15:04 - 06 Dekabr 2024
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
14 Dekabr 2025 - 21:25
Binə TM-də transformator partladı - İşıqlar kəsildi
14 Dekabr 2025 - 21:13
Britaniya elçisi Naxçıvana gəldi
14 Dekabr 2025 - 19:33
Soyuq və şaxtalı hava ilə bağlı ƏHALİYƏ MÜRACİƏT
14 Dekabr 2025 - 18:30
Azərbaycanda keçmiş nazir infarktdan vəfat etdi - FOTO
14 Dekabr 2025 - 18:00
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
14 Dekabr 2025 - 17:42
Pənah Hüseyn partiya sədrliyindən istefa verdi
14 Dekabr 2025 - 17:27
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
14 Dekabr 2025 - 17:14
Xəyanət ifşa olunanda -Xarici mərkəzlər, daxili şəbəkələr
14 Dekabr 2025 - 15:28
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
14 Dekabr 2025 - 15:13
Şəhid atası vəfat etdi - Foto
14 Dekabr 2025 - 14:09
Şərurlu İsfəndiyardan ŞOK AÇIQLAMA - " 2 arvadım var"
14 Dekabr 2025 - 13:51
Bakının məşhur universitetində söküntü başlayır
Xəbər xətti
- 14 Dekabr 2025
- 23:14 Ukraynada azərbaycanlı hərbçi həlak oldu
- 22:57 SON DƏQİQƏ! Azərbaycanda ağır qəza - Yaralılar var - FOTO
- 22:36 Merts Zelenski ilə keçirilən görüşü tərk etdi
- 22:16 Tahir Gözəl Əkbərlə görüşdü
- 21:57 Türkiyədə bələdiyyə sədri vəfat etdi
- 21:25 Binə TM-də transformator partladı - İşıqlar kəsildi
- 21:13 Britaniya elçisi Naxçıvana gəldi
- 20:36 Züleyxa Şabanova Dohada zirvəyə yüksəldi – Erməni rəqibini geridə qoydu
- 20:21 Goranboyda zəncirvari qəza baş verdi
- 19:56 “Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi
- 19:33 Soyuq və şaxtalı hava ilə bağlı ƏHALİYƏ MÜRACİƏT
- 19:12 Məşhur güləşçi karyerasını başa vurdu
- 18:50 Nəriman qol vurdu - Video
- 18:30 Azərbaycanda keçmiş nazir infarktdan vəfat etdi - FOTO
- 18:16 Goranboyda 14 yaşlı qızı maşın vurdu
- 18:00 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
- 17:42 Pənah Hüseyn partiya sədrliyindən istefa verdi
- 17:27 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
- 17:14 Xəyanət ifşa olunanda -Xarici mərkəzlər, daxili şəbəkələr
- 16:59 Qusarda ağır qəza - Ölən və yaralananlar var
- 16:42 Karateçilərimiz dünya çempionatında 5 medal qazandılar
- 16:20 “Bir şərtlə NATO-dan imtina edərik” - Zelenski
- 15:58 Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin sədri seçildi
- 15:44 Beynəlxalq axtarışda olan 24 nəfər Türkiyəyə ekstradisiya edildi
- 15:28 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
- 15:13 Şəhid atası vəfat etdi - Foto
- 14:59 Adil Kərimli 11-ci Qlobal Forumda iştirak edir - FOTOLAR
- 14:43 Məşhur müğənninin payladığı mükafat şok etdi - İşçilər sevincdən ağladı
- 14:34 Ən çox əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
- 14:09 Şərurlu İsfəndiyardan ŞOK AÇIQLAMA - " 2 arvadım var"
- 13:51 Bakının məşhur universitetində söküntü başlayır
- 13:31 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
- 13:07 Yollar buz bağladı - Zəncirvari qəza oldu
- 13:00 "Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
- 12:38 Sabah bu ərazilərə qar yağacaq - Yollar buz bağlayacaq
- 12:25 Bakıda işləmək istədi - İnək üstündə arvadını döydü
- 11:59 Magistral yolda ağır qəza - Sürücü öldü
- 11:44 Juninyo bu kluba satılır
- 11:19 ABŞ-də universitetdə atışma - Ölənlər var
- 10:50 Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlanır
- 10:32 Ramil Səfərovun xanımına vəzifə verildi
- 10:25 Tramp 2 ölkəni hədələdi
- 10:13 Argentina dünya çempionatından kənarlaşdırıla bilər
- 10:00 Təyyarə küçəyə düşdü - Xəsarət alanlar var
- 09:51 Azərbaycan və Pakistan XİN rəhbərləri görüşdü
- 09:41 Bakıya sulu qar yağır
- 09:30 Bu gün “Qarabağ”ın oyunu var
- 09:03 Azərbaycanın bu şəhərində böyük söküntü başlayır - Yeni binalar tikiləcək
- 08:30 Gəzintinin insan üçün faydaları - 15 əsas üstünlük
- 08:00 Musiqi dinləyərək yatmayın - Alimlərdən xəbərdarlıq
- 07:30 Ürək sağlamlığı üçün ideal şam yeməyi