24 yaşayış məntəqəsində qaz olmayacaq - SİYAHI

11:02 - 27 Noyabr 2024

24 yaşayış məntəqəsində qaz olmayacaq - SİYAHI

Noyabrın 28-də Cəlilabadın 24 kəndində qazın verilişində məhdudiyyət yaranacaq.

 

Manset.az xəbər verir ki, sabah saat 10:00-dan görüləcək işlər başa çatanadək rayonun 24 yaşayış məntəqəsi üzrə 10 min 608 abonentin (Günəşli, Alar, Sabirabad, Qarazəncir, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Üçtəpə, Cəfərxanlı, Təzəkənd, Gülməmmədli, Ətcələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı və Cəlayir kəndləri) qazla təchizatı dayandırılacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv