COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:17 - 5 İyul 2023
Xəbər verdiyimiz kimi, dünən Türkiyəli məşhur müğənni Ebru Gündeş Şəmkirdə toyda iştirak edib.
Manset.az sözügedən dəbdəbəli toyla bağlı bəzi məlumatlar əldə edib.
Məlumata görə, toy rayonun Şiştəpə kəndində baş tutub.
Tanınmış iş adamı Aydın Musayev oğlu Raminin 3 övladına kiçik toy edib. İş adamının nəvələrindən biri onun atası Paşa kişinin adını daşıyır. Digərlərinin adı isə Tuncay və Altundur.
Ebru Gündeşlə yanaşı toyda Azərbaycan estradasının tanınmış ulduzları, Xalq artisi Röya Ayxan səhnə alıb. Məclisi tanınmış aparıcı Leyla Quliyeva idarə edib.
Xatırladaq ki, Aydın Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var. Onun Şəmkir rayonunda xeyriyyəçiliklə də məşğul olduğu bildirilir. O, biznes aləmində "Məmməd" və "Axmed" ləqəbləri ilə tanınır.
Qeyd edək ki, bir neçə il öncə tanınmış iş adamının qardaşı Bayram Musayev öz oğlunun toyuna türkiyəli məşhur müğənni Mustafa Cecelini gətirmişdi. Həmin dəbdəbəli toy da sosial şəbəkələrdə gündəm olmuşdu.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin