COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:36 - 14 İyun 2023
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana sonuncu səfəri zamanı "Gülüstan" sarayında Xalq artisti Azərin "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirmişdi. Prezidentlər Azərinin çıxışını ayaqüstə alqışlamışdı.
Manset.az xəbər verir ki, Azərin Ərdoğanla bağlı xatirəsini "Sabah"la bölüşüb. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan Baş nazir olanda Azərbaycana gəlib və ona bu sözləri deyib: "Gülüstan" sarayında "Çırpınırdı Qara dəniz" mahnısını ifa edəndən sonra mənə yaxınlaşdı və heç vaxt unutmayacağım bir cümləni dedi: "Azərin xanım, söz verirəm, biz Azərbaycan bayrağını Qarabağda asacağıq!"
Qeyd edək ki, bu dəfə Azərin "Çırpınırdı Qara dəniz"i səsləndirərkən "Azərbaycan bayrağını Qarabağda asmışıq" kimi ifa edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin