Zelenski Xersonla bağlı XƏBƏRDARLIQ ETDİ

13:50 - 14 Noyabr 2022

Zelenski Xersonla bağlı XƏBƏRDARLIQ ETDİ

Rusiyanın Xersondan geri çəkilmək qərarından sonra Ukrayna ordusu şəhərə daxil olub. Xalq Ukrayna əsgərlərini qarşılayıb və şəhərdə bayram şənlikləri keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Xerson vilayətinin hələ də təhlükəli olduğunu vurğulayaraq, “Nəzərə alın ki, Xerson vilayətində vəziyyət hələ də çox təhlükəlidir. İlk növbədə minalar var. Təəssüf ki, minalardan təmizlənərkən bir mühəndisimiz həlak olub, dörd nəfər yaralanıb. Mən bütün Xerson sakinlərini çox diqqətli olmağa və bütün təhlükəli obyektlər barədə dərhal xilasedicilərə məlumat verməyə çağırıram. Bu bölgədə qalan rus əsgər və muzdluların tutulması və təxribatçıların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir” – deyə xəbərdarlıq edib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv