COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
16:03 - 7 Oktyabr 2022
ABŞ Dövlət Departamenti Küveytə 3 milyard dollar dəyərində Milli Qabaqcıl Hava-Yer Raket Sistemi (NASAM) və Orta Mənzilli Hava Hücumundan Müdafiə Sistemi (MRADS) sursat və avadanlıqlarının satışını təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu çərçivədə NASAM və MRADS ilə əlaqədar sursat və avadanlıqların Küveytə göndəriləcəyi bildirilib. ABŞ Dövlət Departamentinin silah satışına icazə verməsi sadəcə satışın ABŞ administrasiyası ilə razılaşdığını bildirir.
ABŞ Konqresi NATO üzvləri üçün 15 iş günü, digər ölkələr üçün isə 30 iş günü ərzində Nazirliyin qərarına etiraz etməzsə, administrasiya satış üçün təsdiqlənmiş satış paketinin məzmunu ilə bağlı danışıqlara başlayır.
Bu danışıqların sonunda ABŞ müvafiq ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin