Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarı ilə 300 min ehtiyat əsgər çağırışı ölkəni qarışdırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkədən qaçmaq istəyənlərin qarşısını almaq üçün Gürcüstan sərhədinə qoşun yeridildiyi üzə çıxıb.
Rusiya qoşunlarının Gürcüstan sərhəddində yerləşməsi Putinin hərbi xidmətdən qaçan kişilərin qarşısını almaq üçün Rusiya sərhədlərini bağlamağa hazırlaşdığına dair qorxuları artırıb.
Bildirilib ki, Federal Təhlükəsizlik Xidmətinin əsgərləri Gürcüstan sərhədinə göndərilib və bu şəxslərə ölkədən qaçmaq istəyən rusların qarşısını almaq tapşırılıb.