Dünən vəzifəsindən azad edilən general görün hansı yüksək vəzifəli şəxsin kirvəsi imiş - FOTO

16:02 - 7 Sentyabr 2022

Dünən vəzifəsindən azad edilən general görün hansı yüksək vəzifəli şəxsin kirvəsi imiş - FOTO

Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi, general-mayor Kənan Məmmədov tutduğu vəzifəsindən azad edilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, dünən işdən çıxarılan general-mayor K.Məmmədov  bir müddət əvvəl cinayət məsuliyyətinə cəlb edilən Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən general Məsum Rəsulovla kirvə imiş. 

Qeyd edək ki, bir müddət öncə Məsul Rəsulov dövlət büdcəsi vəsaitini və Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçular üçün nəzərdə tutulan siqaret məhsullarını mənimsədiyinə görə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.

KƏNAN MƏMMƏDOV

MƏSUM RƏSULOV
 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin